​Çin fond birjası azalmağa başlayıb

​Çin fond birjası azalmağa başlayıb Şanxay indeksinin daha 30%-ə yaxın azalacağı ehtimal edilir
Maliyyə
15 Yanvar , 2016 14:32
​Çin fond birjası azalmağa başlayıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Çinin Şanxay (Shanghai Composite) indeksi 3000 bənddən aşağı düşüb və 2990,97 bənddən bağlanıb. 

"Report" xəbər verir ki, birja analitikləri və investorlar Şanxay fond birjası indeksinin azalmağa başladığını bildiriblər.

Şanxay indeksi 2015-ci il iyun ayında tarixi maksimal həddinə çatıb və o zaman indeks 5178,19 bənd təşkil edib. Hazırda sözügedən indeks maksimal səviyyədən 44% aşağıdadır.

Qeyd edək ki, 2014-cü il iyul ayında 2033 bənd səviyyəsindən sürətlə artmağa başlayan indeks 1 il ərzində 154,7% və ya 2,55 dəfə artaraq 5178 bəndə yüksəlib. Hazırda Şanxay indeksi 2014-cü il iyul ayındakı səviyyədən 42% yuxarıda yer alıb. Şanxay indeksinin bu həftə ərzində 9% dəyər itirdiyi bildirilir.

"Report"un analitik qrupu bildirir ki, Şanxay fond birjası indeksinin 2000 bənd səviyyəsinə qədər geriləməsi ehtimal edilir. Çin iqtisadiyyatının yavaşlaması və yuanın devalvasiyası səhmlərin qiymətinin azalmasına səbəb olacaq. Çin indekslərində azalma Asiya regionunda və ümumiyyətlə dünyanın bir çox ölkəsində fond birjalarının azalması ilə nəticələnəcək.  

Son xəbərlər

Orphus sistemi