Yuxarı
    Bağlamaq

    Professor: "Çin dünyanı resessiyaya yoluxdura bilər"

    Kennet Roqof: Çindəki yüksək borc səviyyəsi region üçün təhlükədir

    Bakı. 6 iyul. REPORT.AZ/ "Çindən bütün region asılıdır. Buna görə də düşünürəm ki, Çindən iqtisadi resessiyanın yayılmasını müşahidə edə bilərik". "Report" xəbər verir ki, bunu Beynəlxalq Valyuya Fondunun (IMF) keçmiş baş iqtisadçısı, Harvard Universitetinin professoru Kennet Roqof (Kenneth Rogoff) "CNBC" telekanalına müsahibəsində bildirib.

    Professor bildirib ki, Çindəki yüksək borc səviyyəsi ciddi problemdir və hər hansı bir böhran zamanı digər ölkələrə toxuna bilər: "Əgər dünyada hamıya ciddi təsir edə biləcək həssas bir ölkə varsa, o da Çindir. Onlar hazırda iqtisadi artımı kreditləşdirməni artırmaqla dəstəkləyir. İxracyönümlü iqtisadiyyat daxili istehlaka yönələn iqtisadiyyata keçir. Bu isə bir sıra problemlərə səbəb ola bilər. Belə ki, dövlətin maliyyəsi ilə dəstəklənən iqtisadiyyat aktivlərin qiymətinin şişməsinə gətirib çıxarır. Bunun kəsilməsi isə iqtisadi artımın dayanmasına səbəb olacaq".

    Qeyd edək ki, "Moody's" beynəlxalq reytinq agentliyi Çinin müstəqil reytinqini may ayında "A1" səviyyəsindən "Aa3" səviyyəsinə endirib. Buna səbəb kimi Agentlik Çinin kreditləşməni davam etdirməsinə və iqtisadi artım templərini qorumasına şübhə ilə yanaşdığını göstərir.

    Yaponiyanın "Nomura" broker xidmətləri şirkətinin hesabatına görə, Çinin qeyri-maliyyə sektorunun borcu bu ilin ilk rübündə 191,3 trln. yuana (27,96 trln. ABŞ dolları) və ya ÜDM-in 251%-nə çatıb. Müqayisə üçün qeyd edək ki, 2015-ci ilin yekununda bu göstərici 158,3 trln. yuan (25,1 trln. dollar) və ya ÜDM-in 231%-nə bərabər olub.

    "Moody's" həmçinin Çinin hazırda ÜDM-in 3%-nə bərabər olan dövlət borcunun 2018-ci ildə 40%-ə, 2020-ci ildə isə 45%-ə yüksələcəyini proqnozlaşdırır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi