Çin bitkoinlə ticarətə qadağa qoymağa hazırlaşır

Çin bitkoinlə ticarətə qadağa qoymağa hazırlaşır Bu xəbərdən sonra bitkoin 15% dəyərdən düşüb
Maliyyə
11 Sentyabr , 2017 13:15
Çin bitkoinlə ticarətə qadağa qoymağa hazırlaşır

Bakı. 11 sentyabr. REPORT.AZ /Çin hökumətinin ölkədə kriptovalyuta birjalarını bağlaması barədə xəbərlərin yayılması bitkoinin 15,2% ucuzlaşmasına səbəb olub. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu, artıq Çin tərəfindən 150 mlrd. dollarlıq kriptovalyuta bazarına ikinci zərbədir. Belə ki, ötən həftə Çin hökuməti rəqəmsal valyutaların ölkədə ilkin emissiyasını (ICO) qadağan edib və həmin gün bitkoin 19%-dən çox ucuzlaşıb.

Çinin "Caixin" xəbər agentliyinin anonim mənbələrdən aldığı məlumatına görə, internet-maliyyə sahəsində risklərlə mübarizə işçi qrupu ölkədə bütün kriptovalyuta birjalarını bağlamağa hazırlaşır. Ölkədə fəaliyyət göstərən "Huobi" və "Okcoin" kimi şirkətlərin nümayəndələri isə hələ ki, rəsmi bir xəbərdarlıq almadıqlarını bildirib. 

Son xəbərlər

Orphus sistemi