Yuxarı
    Bağlamaq

    Çin benzin və dizellə işləyən avtomobillərə qadağa qoymağa hazırlaşır

    Çin 2018-ci ildən elektriklə işləyən avtomobil şirkətlərinə kvota tətbiq edəcək

    Bakı. 11 sentyabr. REPORT.AZ/ Çin hökuməti yanacaqla işləyən avtomobillərin istehsalı və satışına qadağa qoymaq istədiyini açıqlayıb. 

    "Report" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, Çin hökuməti qadağa ilə bağlı dəqiq tarix açıqlamayıb. Lakin bu qadağanın daha əvvəl analoji qərar qəbul edən digər ölkələrdən gec olmayacağı bildirilir. Qeyd edək ki, Britaniya və Fransa yanacaqla işləyən atomobillərin satışına 2040, Almaniya 2030, Norveç isə 2025-ci ildə qadağa qoyacağını açıqlayıb.

    Qərarla bağlı şirkətlərin artıq indidən istehsal proseslərini elektriklə işləyən avtomobillərə çevirməsi lazım gəldiyi bildirilir. Çində artıq elektriklə işləyən avtomobil istehsalçılarına subsidiyaların verilməsinə başlanıb. Çinin 2020-ci ildən elektromobil istehsalçılarına kvota tətbiq edəcəyi bildirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi