Yuxarı
    Bağlamaq

    Çin bankları İranla əməliyyatları bərpa edəcək

    Dinlə

    Bakı. 28 noyabr. REPORT.AZ/ İran və Çin ABŞ-ın sanksiyalarına görə yaranmış bank sektorundakı problemləri həll edib.

    "Report" İranın "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran-Çin Ticarət Palatasının sədri Əsədullah Əsgərovaldi bildirib.

    Onun sözlərinə görə, Çin banklarından biri İranla əməliyyatları bərpa edəcək.

    İranın Çinə neft ixracına görə almalı olduğu vəsaitlər İrana ödəniləcək.

    "Bundan əlavə, digər Çin bankı İranla əməliyyatları dekabr ayında bərpa edəcək", - Ticarət Palatasının rəhbəri deyib.

    Qeyd edək ki, bu il noyabrın 5-də ABŞ Milli İran Neft Şirkətinə qarşı sanksiya tətbiq edib və buna görə xarici maliyyə təşkilatları İranın Mərkəzi Bankı və digər bankları ilə əməliyyatlar apara bilməz.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi