Yuxarı
    Bağlamaq

    “Cənubtikintiservis”in səhmləri bu il 14% bahalaşıb

    Nominal qiyməti 2 manat olan qiymətli kağızlar 25 manata alınıb-satılır

    Bakı. 23 sentyabr. REPORT.AZ/ Sentyabrın 22-də Bakı Fond Birjasında (BFB) “Cənubtikintiservis” ASC-nin səhmlərinin alqı-satqısı üzrə 2 əqd bağlanılıb.

    “Report” BFB-yə istinadən xəbər verir ki, əqdlər müəssisənin 20 səhminin realizə edilməsini nəzərdə tutur.

    Qiymətli kağızların nominal dəyəri 2 manat olsa da, onlar 12,5 dəfə baha – 25 manatdan “əl dəyişdirib”. Bu, səhmlərin ilin əvvəli ilə müqayisədə 13,6% bahalaşması deməkdir. Belə ki, ötən il dekabrın 28-də BFB-də bağlanılmış əqdlə bu səhmlər 22 manatdan alınıb-satılıb.

    Xatırladaq ki, “Cənubtikintiservis” ASC 2003-cü ildə yaradılıb, Azərbaycanın neft-qaz sektoruna xidmət göstərən aktiv müəssisələrdən biridir. Onun nizamnamə kapitalı 1 323 694 manatdır. Şirkətin əsas səhmdarı Türkiyənin "Tekfen İnşaat" şirkətidir.

    2016-cı ilin yekununda səhmdarlarına hər səhm üçün 10,56 manat divident ödəyən “Cənubtikintiservis”in səhmləri üzrə market-meyker xidmətini “Azfinance İnvestisiya Şirkəti” QSC göstərir. Şirkət hazırda müəssisənin səhmlərini 23 manatdan alır, 24,15 manatdan satır. Qiymətli kağızlar bazarı üzrə mütəxəssislər isə bu qənaətdədir ki, “Cənubtikintiservis”in ödədiyi illik dividentin məbləği, aktivlərinin strukturu və səhmlərin likvidliyi nəzərə alınarsa, onların qiyməti 70-80 manatdan aşağı olmamalıdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi