​"Cənub Qaz Dəhlizi" nizamnamə kapitalını artırır

​"Cənub Qaz Dəhlizi" nizamnamə kapitalını artırır Emissiyanın yerləşdirilməsi nəticəsində nizamnamə kapitalı 300 mln. dollara çatdırılacaq
Maliyyə
3 Fevral , 2015 16:58
​Cənub Qaz Dəhlizi nizamnamə kapitalını artırır

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Cənub Qaz Dəhlizi" QSC-nin hər birinin nominal dəyəri 3 mln. ABŞ dolları olan 100 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışını dövlət qeydiyyatına alıb.

"Report"un QKDK-ya istinadən verdiyi xəbərə görə, emissiya "Cənub Qaz Dəhlizi" QSC-nin hazırkı hər birinin nominal dəyəri 1 mln. dollar olan 100 ədəd adi adlı sənədsiz səhmlərin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Nəticədə "Cənub Qaz Dəhlizi"nin nizamnamə kapitalı 3 dəfə artaraq 300 mln. dollara çatacaq.

Qeyd edək ki, səhmlərinin 51%-i dövlət mülkiyyətində, 49%-i isə SOCAR-a məxsus olan "Cənub Qaz Dəhlizi" QSC "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrində Azərbaycanın iştirak payını idarə edir.

Son xəbərlər

Orphus sistemi