Yuxarı

"Cəlilabad Avtovağzal"ın səhmləri listinqə daxil edilib

Sabahdan bu kağızlar üzrə ticarət əməliyyatlarına start verilir

Bakı. 7 aprel. REPORT.AZ/ Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Cəlilabad Avtovağzal” ASC-nin qiymətli kağızları BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, ticarətə sabahdan başlanılacaq. Ticarətə buraxılan 27 634 qiymətli kağızın (sənədssiz adi, adlı səhm) ilkin ticarət qiyməti 2 manat təşkil edir. BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi