Yuxarı
    Bağlamaq

    “CDB Bank” müştərilərinə xəbərdarlıq edib

    Yaxın 5 gün ərzində bankın plastik kartları ilə aparılan əməliyyatlarda problemlər yarana bilər

    Bakı. 25 may. REPORT.AZ/ “Caspian Development Bank” ASC (“CDB Bank”) müştərilərinə müraciət edib. 

    “Report”un məlumatına görə, müraciətdə bildirilir ki, Bankın "Atabank" ASC ilə birləşməsi ilə əlaqədar sabahdan başlayaraq mayın 30-na qədər plastik kartlarla aparılan əməliyyatlarda problemlər yarana bilər. 

    Xatırladaq ki, iki bankın birləşməsinə ötən ay qərar verilib. Qərara əsasən, birləşmə nəticəsində yaranacaq yeni bank “Atabank” adı ilə bazarda fəaliyyətini davam etdirəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi