"CDB Bank"ın aktivləri cüzi artıb

"CDB Bank"ın aktivləri cüzi artıb .
Maliyyə
6 Fevral , 2017 09:13
CDB Bankın aktivləri cüzi artıb

Bakı. 6 fevral. REPORT.AZ/ "Caspian Development Bank" ASC-nin ("CDB Bank") bu il yanvarın 1-nə 129,295 mln. manat təşkil edib.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 0,18% çoxdur.

"CDB Bank"ın aktivlərinin 78,16%-ni və yaxud 101,058 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 7,54% kiçilib.

2016-cı ildə "CDB Bank"ın cəmi öhdəlikləri 8,93% azalaraq 63,766 mln. manat, o cümlədən depozit porfeli 6,01% azalaraq 39,245 mln. manat, Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 33,33% azalaraq 10 mln. manat olub.

Bankın cəmi kapitalı isə 10,99% azalaraq 65,529 mln. manata düşüb.

Hesabat dövründə "CDB Bank"ın faiz gəlirləri 8,917 mln. manat (2015-ci ilə nisbətən 82,05% artım), faiz xərcləri 2,282 mln. manat (23,28% artım), qeyri-faiz gəlirləri 13,346 mln. manat (63,83% azalma), qeyri-faiz xərcləri isə 4,875 mln. manat (2,93 dəfə artım) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 15,107 mln. manat olub ki, bu da 2015-ci illə müqayisədə 60,54% azdır.

"CDB Bank" aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 4,352 mln. manat yönəldib, 2,158 mln. manat isə mənfəət vergisi ödəyib. Beləliklə, Bank 2016-cı ili 8,597 mln. manat xalis mənfəətlə başa vurub. Bu isə 2015-ci ilə nisbətən 2,03% çoxdur.

Xatırladaq ki, "CDB Bank" 1998-ci ildə "Universal Bank" adı ilə yaradılmış, 2001-ci ildən isə rebrendinq etmiş "Kövsərbank" ASC-nin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,02 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 200 manat olan 250,1 min səhm əsasında formalaşıb. Səhmlərin 99,91%-i "Synergy Group" MMC-yə, 0,08%-i isə Həsən Cəfərova, 0,01%-i isə İbrahim Alışova (Bankın Müşahidə Şurasının sabiq sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru) məxsusdur.

Son xəbərlər

Orphus sistemi