"Caspian Development Bank" Rusiya bankı ilə müxbir münasibətləri yaradıb

"Caspian Development Bank" Rusiya bankı ilə müxbir münasibətləri yaradıb CDB qarşısında duran prioritet məsələlərdən biri müxbir şəbəkəsinin inkişafı və optimallaşdırılmasıdır
Maliyyə
23 Dekabr , 2015 11:40
Caspian Development Bank Rusiya bankı ilə müxbir münasibətləri yaradıb

Bakı. 23 dekabr. REPORT.AZ/ “Caspian Development Bank" (CDB) ASC Rusiyanın “Promsvyazbank” ASC ilə müxbir münasibətləri yaradıb. "Report"un Azərbaycan bankına istinadən verdiyi xəbərə görə, açılmış müxbir hesablara əsasən, müştərilər üçün geniş bankçılıq xidmətləri təqdim ediləcək və xarici valyutalar üzrə (rubl, dollar, avro) xidmətlər daha operativ şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, CDB qarşısında duran prioritet məsələlərdən biri də müxbir şəbəkəsinin inkişafı və optimallaşdırılmasıdır. Bundan əvvəl Bank Gürcüstanın aktivlərinin həcminə görə ən böyük bankı olan “Bank of Georgia” ilə müxbir münasibətləri yaradıb.

Son xəbərlər

Orphus sistemi