"Caspian Development Bank"ın mərkəzləşmiş öhdəlikləri azalıb

"Caspian Development Bank"ın mərkəzləşmiş öhdəlikləri azalıb CDB-nin aktivləri və kredit portfeli də azalıb
Maliyyə
27 Aprel , 2016 09:46
Caspian Development Bankın mərkəzləşmiş öhdəlikləri azalıb

Bakı. 27 aprel. REPORT.AZ/ "Caspian Development Bank" (CDB) ASC-nin aktivləri bu ilin əvvəlindən 7,0% azalaraq aprelin 1-nə 120 000,85 min manat təşkil edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, kredit portfeli 2,6% azalaraq 106 424,82 min manata enib. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 21 086,73 min manat həcmində məqsədli ehtiyat ayrılıb.

Hesabat dövründə depozit portfeli 23,2% azalaraq 32 058,13 min manata düşüb. Bunun da 2 030,36 min manatı fiziki şəxslərin tələbli, 29 052,01 min manatı müddətli depozitlərinin payına düşüb.

Cari il aprelin 1-nə Mərkəzi Bankın CDB-yə qarşı tələbi 10 000,0 min manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 5 mln. və ya 33,3% azalma deməkdir. 

Qeyd edək ki, aprelin 1-nə Bankın nizamnamə kapitalı 50 020 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi