“Caspian Development Bank" ASC "Visa"ya qoşulub

“Caspian Development Bank" ASC "Visa"ya qoşulub CDB müştərilərə "Visa"nın 7 çeşiddə məhsulunu təklif etməyi nəzərdə tutur
Maliyyə
17 İyun , 2015 17:03
“Caspian Development Bank ASC Visaya qoşulub

Bakı. 17 iyun. REPORT.AZ/ “Caspian Development Bank" (CDB) ASC "Visa International" təşkilatına üz olub. "Report"un bankın mərkəzi ofisindən əldə etdiyi məlumata görə, bu qərar "Visa International"ın Sinqapurda keçirilən iclasında qəbul edilib.

Məlumata görə, CDB müştərilərinə "Visa"nın 7 çeşiddə məhsulunu təklif etməyi nəzərdə tutur.

Onlar arasında "Visa Electron", "Visa Classic", "Visa Gold", "Visa Platinum", "Visa Infinite", "Visa Business" və "Visa Virtual (internet)" kartları var.

Son xəbərlər

Orphus sistemi