Yuxarı
    Bağlamaq

    "Cənub Qaz Dəhlizi"nin üçüncü istiqraz emissiyası qeydiyyata alınıb

    Yeni emissiyanın həcmi 101 mln. dollar təşkil edir

    Bakı. 23 sentyabr. REPORT.AZ/. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Cənub Qaz Dəhlizi" QSC-nin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 1 011 200 ədəd faizli sənədsiz adlı təmin edilməmiş AZ2003019398 qeydiyyat nömrəsi olan istiqraz buraxılışını dövlət qeydiyyatına alıb. Bu barədə Komitənin məlumatında deyilir.

    Beləliklə, emissiyanın həcmi 101 120 000 dollar təşkil edir. Bu, artıq QSC-nin üçüncü istiqraz buraxılışıdır. Bundan əvvəl, bu ilin iyulunda 1 246 355 000 dollar məbləğində və may ayında 917 320 800 dollar məbləğində iki buraxılış qeydiyyata alınıb. Hər iki buraxılışın istiqrazlarının dövriyyə müddəti 10 il, illik faiz dərəcəsi isə Libor+1% təşkil edir.

    "Cənub Qaz Dəhlizi"nin nizamnamə kapitalının həcmi 100 mln. dollar təşkil edir. Burada 51 mln. dollarlıq pay Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi, 49 mln. dollarlıq pay isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi