Böyük Britaniya Azərbaycanın ən iri sərmayədarıdır

Böyük Britaniya Azərbaycanın ən iri sərmayədarıdır Aparıcı xarici sərmayədarlar siyahısına həmçinin Norveç, Türkiyə, ABŞ, Fransa, İran, Rusiya, Yaponiya, Çexiya və Hindistan daxil olub
Maliyyə
26 Sentyabr , 2014 09:07
Böyük Britaniya Azərbaycanın ən iri sərmayədarıdır
Bakı. 26 sentyabr. REPORT.AZ/ Cari ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala yatırılan xarici sərmayələrin ümumi həcmi 3,091 mlrd. manat təşkil edib. Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, nəticədə, Azərbaycanın ən iri xarici sərmayədarı Böyük Britaniya olub, onun sərmayələri isə 991,35 mln. manat  və ya bütün xarici sərmayələrin 32,1%-ni təşkil edib. 

İkinci yerdə 563,252 mln. manat və ya bütün xarici sərmayələrin 18,2%-i həcmində sərmayəsi olan Norveç qərarlaşıb.

İri sərmayədarlar sırasına həmçinin Türkiyə - 276,559 mln. manat (8,9%), ABŞ - 264,048 mln. manat (8,6%), Fransa - 195,515 mln. manat (6,3%), İran - 183,648 mln. manat (5,9%), Rusiya - 183,648 mln. manat (5,9%), Yaponiya - 179,087 mln. manat (5,8%), Çexiya -105,808 mln. manat (3,5%) və Hindistan - 27,21 mln. manat (0,9%) daxildir.

Son xəbərlər

Orphus sistemi