Yuxarı
    Bağlamaq

    ​BVF: Bu il Azərbaycanda iqtisadi artım 4,5% olacaq

    Gələn il isə bu göstəricinin 0,2 faiz bəndi azalacağı gözlənilir

    Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanda bu il iqtisadi artımın 4,5% səviyyəsində olacağı proqnozlaşdırılır. “Report”un xəbər verdiyi kimi, bu proqnoz Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya üzrə Regional İqtisadi Hesabatında göstərilir.

    Hesabata əsasən, gələn il Azərbaycanda iqtisadi artım 4,3% səviyyəsində gözlənilir. Qeyd edək ki, ötən il ölkədə iqtisadi artım 5,8%, bu ilin 9 ayında isə 2,5% olub.

    Eyni zamanda, BVF Azərbaycanda inflyasiyanın yüksələcəyini proqnozlaşdırır. Belə ki, ötən ilin nəticəsində inflyasiya 2,4%, bu ilin 9 ayında 1,5% olduğu halda, 2014-cü ildə 2,8%, 2015-ci ildə isə 3,0%-lik inflyasiya gözlənilir.

    Qeyd edək ki, BVF həmçinin cari əməliyyatlar balansının ÜDM-ə nisbətinin kəskin azalacağını gözləyir. Belə ki, 2014-cü ildə bu göstərici 14,6%, 2015-ci ildə 10,4% səviyyəsində proqnozlaşdırılır. Xatırladaq ki, 2013-cü ildə cari əməliyyatlar balansının ÜDM-ə nisbəti 17,0% olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi