Yuxarı

BVF Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Fond iqtisadiyyat üzrə proqnozu 0,6 faiz bəndi yaxşılaşdırıb

Bakı. 2 iyun. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (BVF) 2016-cı ildə Azərbaycanın iqtisadi artım proqnozunu 0,6 faiz bənd, ÜDM-in 2,4 faiz azalmasınadək yaxşılaşdırıb.

"Report" xəbər verir ki, bu barədə Fondun missiyasının Bakıda apardığı işlərin yekunu üzrə hazırladığı materiallarda bildirilir.

"Azərbaycan iqtisadiyyatı silsilə mənfi şoklardan, xüsusilə də, neftin qiymətinin düşməsi, ticarət tərəfdaşlarının iqtisadi sistemlərində valyutanın zəifləməsi və qiymətdən düşməsindən sarsılmışdı. Nəticədə iqtisadi artım 2015-ci ildə 1,1 faizədək düşdü və 2017-ci ildə sürət götürməyə başlamazdan əvvəl, 2016-cı ildə mənfi olmaq üçün (mənfi 2,4%) hazırlandı", - deyə Fonddan bildirilib.

Fond apreldə ölkə iqtisadiyyatının ÜDM-in 3 faizinədək daha əhəmiyyətli azalmalar gözləyirdi.

"2017-ci ildə artım qaz hasilatının artmsı və iqtisadi islahatların başlanılması ilə əlaqədar olaraq ÜDM-in 2,5-2,75 faizini təşkil edəcək. Gələcəkdə gündəliyin struktur islahatları hissəsində tam olaraq yerinə yetirilməsi iqtisadi artım qabiliyyətini ildə təqribən 4-5 faizədək artıra bilər", — deyə fonddan əlavə ediblər.

Həmçinin qeyd olunub ki, hökumət xarici çağırışlara cavab olaraq bir çox addımlar atıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi