Yuxarı

BVF: Azərbaycan iqtisadiyyatı II yarımillikdə inkişaf edəcək

Yeni iqtisadi model islahatlar və özəl sektorun inkişafını əhatə edəcək

Bakı. 31 may. REPORT.AZ/ Neft qiymətlərinin kəskin azalmasına Azərbaycan hökuməti çevik reaksiya verib və iki mərhələdə manatın devalvasiyasını həyata keçirib. Bunu "Report"a açıqlamasında Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı nümayəndəsi Məhəmməd əl-Qorçi deyib. 

"Təbii ki, devalvasiyalar iqtisadiyyata neqativ təsir edib. Amma ilin ikinci yarısından etibarən neft qiymətlərinin son zamanlar artması fonunda iqtisadi vəziyyətin bir qədər yaxşılaşacağını, tədiyyə balansının, cari hesabın normallaşacağını proqnozlaşdırırıq", - deyə M.əl-Qorçi qeyd edib.

BVF rəsmisi Azərbaycan iqtisadiyyatının yeni mərhələyə qədəm qoyduğunu xatırladaraq əlavə edib ki, neft qiymətlərinin azalması iqtisadiyyata xarici şok kimi təsir edib: "Ölkənin yeni iqtisadi modelə keçid edəcəyini gözləyirik. Yeni iqtisadi modelin özəl sektor və iqtisadi islahatlarla dəstəklənəcəyinə ümid edirik. İslahatlar həmçinin bank sektorunu da əhatə edəcək. BVF olaraq islahatların keçirilməsində Azərbaycan hökumətinə tövsiyə və məsləhətlərimizi verməyə hazırıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi