Yuxarı
    Bağlamaq

    BVF: Azərbaycan banklarının restrukturizasiyası qısa zamanda tamamlanmalıdır

    Bunun nəticəsində, bankların kapitalı artırılmalı, qeyri-işlək kreditlərlə bağlı vəziyyət aradan qaldırılmalıdır

    Bakı. 3 iyun. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan bank bazarının requlyatorlarına qeyri-sağlam bankların restrukturizasiyasını qısa zamanda və çevik şəkildə icra olunmasını təkidlə tövsiyə edib.

    "Report" xəbər verir ki, bu barədə BVF-nin yaydığı bəyanatda qeyd olunub.

    Fondun bəyanatında həmçinin bildirilir ki, bazar tənzimləyicisi bank sisteminin sağlamlaşdırılması prosesi çərçivəsində 8 kommersiya bankının lisenziyasını geri çağırıb və digər bankların geniş spektrli stress-testlərini aparıb. BVF bu stress-testlərin artıq bitmək üzərə olduğunu və qalan qeyri-sağlam bankların restrukturizasiyası üçün Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi və Mərkəzi Bankın sıx əməkdaşlığı şəraitində fəaliyyət planı hazırladığını qeyd edib. Fond restrukturizasiya proqramının, qeyri-sağlam banklarda mövcud olan yüksək səviyyədə qeyri-işlək kreditlərlə bağlı vəziyyətin aradan qaldırılmalı və zəif bankların kapitalının yüksəltməli olduğunu bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi