​Bütün Qərb indeksləri azalıb

​Bütün Qərb indeksləri azalıb Avronun dollara qarşı məzənnəsi isə 1,0678-ə düşüb
Maliyyə
11 Mart , 2015 09:15
​Bütün Qərb indeksləri azalıb

Bakı. 11 mart. REPORT.AZ/ Martın 10-da Amerika fond bazarında Dow Jones indeksində 1,85% azalma müşahidə edilib və 17 662,94 bənd təşkil edib. S&P 500 1,70% geriləyərək 2 044,16 bənd, Nasdaq isə 1,67% azalaraq 4 859,80 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 2,52% azalaraq 6 702,84 bənd, Almaniya DAX-ı 0,71% ucuzlaşaraq 11 500,38 bənd, Fransa CAC-40-ı isə 1,12% ucuzlaşaraq 4 881,95 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,15% ucuzlaşaraq 1 162,40 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0678 (-0,19%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi