"Kapital Bank" ciddi endirimlərə hazırlaşır

"Kapital Bank" ciddi endirimlərə hazırlaşır Bank ​bütün kreditləri manatla verəcək
Maliyyə
10 İyul , 2015 18:06
Kapital Bank ciddi endirimlərə hazırlaşır

Bakı.10 iyul. REPORT.AZ/ "Kapital Bank" ASC yaxın günlərdə təqdim edəcəyi yeni kampaniyada kredit faizlərinə böyük endirim etməklə illik faiz dərəcəsini cəmi 19-29%, kredit komissiyalarını isə 0-1% təyin edəcək. Bununla yanaşı, bütün kreditlər manatla veriləcək.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, yaxın gələcəkdə müştərilər üçün daha da sərfəli olan kampaniyaların keçirilməsini planlaşdırılır. Nəzərdə tutulan güzəştlər arasında kreditlər üzrə faizlərin azaldılması, ödəniş qrafikinin asanlaşdırılması və digər üstünlüklər tətbiq olunacaq.

"Kapital Bank"ın artıq bir aydan çox müddətdə həyata keçirdiyi kredit kampaniyası davam edir. Kampaniyanın populyarlığının əsas səbəbi kreditlərin faiz dərəcələrində faiz artımı olmadan əhaliyə verilən nağd kreditlərə görə tutulan komissiyanın ləğv edilməsi (12 aya qədər olan kreditlər üzrə) olub. Əvvəldən iyun ayının sonuna qədər nəzərdə tutulan kampaniyanın müddəti daha 15 gün uzadılıb.

Qeyd edək ki, hazırda kreditlər üzrə illik faiz dərəcəsi 24%-dən başlayır. 

Son xəbərlər

Orphus sistemi