Yuxarı

​"Buta Sığorta" və "Evrobank"ın səhmlərinin satışı baş tutmayıb

Buta Sığortanın birinin nominalı 20 manat olan 200 min ədəd səhmi 2014-cü il martın 19-da qeydə alınıb

Bakı. 11 avqust. REPORT.AZ/ “Buta Sığorta” ASC-nin səhmlərinin buraxılışı baş tutmayıb. "Report" xəbər verir ki, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, "Buta Sığorta"nın birinin nominalı 20 manat olan 200 min ədədlik səhm emissiyasının prospekti 2014-cü il martın 19-da qeydə alınıb.

Bu gün həmçinin "Evrobank" ASC-nin bu ilin yanvarın 15-də qeydə alınmış hər birinin nominalı 500 manat olan 78 min ədəd səhmlərinin satışı da baş tutmayıb.

Xatırladaq ki, "Evrobank"ın lisenziyası Mərkəzi Bank tərəfindən ləğv olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi