​"Buta Sığorta"nın əldə etdiyi mənfəət açıqlanıb

​"Buta Sığorta"nın əldə etdiyi mənfəət açıqlanıb Şirkət 84 min manatadək mənfəət vergisi ödəyib
Maliyyə
29 Mart , 2016 09:38
​Buta Sığortanın əldə etdiyi mənfəət açıqlanıb

Bakı. 29 mart.REPORT.AZ/ "Buta Sığorta"ASC -nin 31 dekabr 2015-ci il tarixinə maliyyə vəziyyətinə dair hesabatına əsasən həmin tarixdə tamamlanan il üzrə şirkətin cəmi gəlirləri 10 mln. 741,6 min manat, xərcləri 7 mln. 917,9 min manat təşkil edib.

"Report"un rəsmi qəzetdə dərc olunan müstəqil audit rəyinə istinadən verdiyi xəbərə görə, maliyyə mənfəəti 2 mln. 823,7 min manat olub. Şirkət tərəfindən 83 918,7 manat mənfəət vergisi ödənilib ki, nəticədə şirkətin xalis mənfəəti 2 mln. 739,8 min manat qalıb. Qeyd edək ki, mənfəət vergisindən 75 min 595,2 manatı faktiki ödənilib. Mənfəət vergisindən 81,8 min manatı gəlir vergisi olub.

Son xəbərlər

Orphus sistemi