Yuxarı
    Bağlamaq

    Bugünkü valyuta hərracında satış 50 mln. dolları üstələyib

    Növbəti hərraclara əlavə 45 mln. dollarlıq valyuta kütləsi çıxarıla bilər

    Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə bu gün keçirdiyi valyuta hərracında kommersiya banklarına 50 mln. ABŞ dollarından çox vəsait satılıb. 

    "Report"un bank dairələrindən aldığı məlumata görə, hərraca 35 mln. dollar vəsait çıxarılsa da sonradan tələbin çoxluğu nəzərə alınaraq bu həcm 16 mln. dollara yaxın artırılıb.

    "Report" hesab edir ki, bugünki hərracda satılan vəsaitin artırılması son bir neçə hərracda satışa çıxarılan valyutanın satılmaması nəticəsində yaranan qalıq valyuta hesabına təmin edilib: "Xatırladaq ki, son hərraclarda valyutaya tələbatın azalması nəticəsində 60 mln. dollardan çox vəsaitə qənaət edildiyi ehtimal olunur. Bu vəsaitdən növbəti hərraclarda da əlavə olaraq istifadə edilməsi mümkündür. Bu da o deməkdir ki, növbəti hərraclara nəzərdə tutulan 35 mln. dollardan başqa əlavə 45 mln. dollarlıq kütlə də çıxarıla bilər". 

    Qeyd edək ki, ARDNF-in dolların orta illik məzənnəsini 1,75 AZN/USD səviyyəsində ehtimal etməsi amili nəzərə alınmaqla, valyuta hərraclarına ümumilikdə 3,5 mlrd. dollar və ya hər bir hərraca 35 mln. dollara yaxın vəsait çıxarması planlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi