Yuxarı
    Bağlamaq

    Bugünkü valyuta hərracına 50 mln. dollar çıxarılacaq

    Hərracda tələbin bir qədər səngiməsi gözlənilir

    Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) bugünkü valyuta hərracında yenidən valyuta satışı həyata keçiriləcək. "Report" xəbər verir ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hərraca 50 mln. ABŞ dollarını satışa çıxarması planlaşdırılır.

    "Report"un analitik qrupu hesab edir ki, bugünkü hərracda tələbin azalması mümkündür. Belə olacağı halda, rəsmi məzənnənin 1,5225 AZN/USD səviyyəsinə enməsi ehtimal edilir. Məzənnənin maksimal həddi isə 1,5302 AZN/USD ola bilər. Nağd valyuta bazarında isə valyuta satışının artması alış-satış məzənnəsinin aşağı enməsi ilə nəticələnə bilər.

    Agentliyin ekspertləri bildiriblər ki, ümumiyyətlə, nağd dolların alış-satış məzənnəsində neft qiymətlərinin artması fonunda azalma tendensiyası müşahidə olunur və yay aylarına doğru dollar təklifinin artması ilə nağd dolların məzənnəsinin 1,40 AZN/USD səviyyəsinə qədər enməsi proqnozlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi