Yuxarı

Bugünkü hərracda valyutanın 96%-i satılıb

Azərbaycan Mərkəzi Bankı hərracda 20 mln. dollar məbləğində vəsait alıb

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən bugünkü valyuta hərracına çıxarılan vəsaitin 95,6%-i satılıb.

Fonddan "Report"a verilən məlumata görə, hərraca çıxarılan 50 mln. dollardan 27,8 mln. dollar 12 kommersiya bankı, 20 mln. dollar isə Mərkəzi Bank tərəfindən alınıb. Bu isə toplam olaraq 47,8 mln. dollara bərabərdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi