Bugünkü hərracda bankların valyuta tələbatının 75%-i ödənilməmiş qalıb - YENİLƏNİB

Bugünkü hərracda bankların valyuta tələbatının 75%-i ödənilməmiş qalıb - YENİLƏNİB "Report": Sabah rəsmi məzənnə ən azı 1,6309 AZN/USD olacaq
Maliyyə
9 Mart , 2016 12:28
Bugünkü hərracda bankların valyuta tələbatının 75%-i ödənilməmiş qalıb - YENİLƏNİB

İlk xəbər saat 12:10-da verilib

"Report": Sabah rəsmi məzənnə ən azı 1,6309 AZN/USD olacaq

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün keçirilən növbəti valyuta hərracında kommersiya banklarının cari valyuta tələbatı Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) satışa çıxardığı valyuta kütləsini təxminən 4 dəfə üstələyib. 

"Report" xəbər verir ki, ARDNF bügünkü hərraca 50 mln. ABŞ dolları məbləğində vəsait çıxarsa da, kommersiya banklarının sifarişləri toplam olaraq 200 mln. dollara yaxın olub. Nəticədə, hərracın yekununda tələb təqribən 25% səviyyəsində təmin edilib. 

Qeyd edək ki, sövdələşmələr 1,6309 AZN/USD məzənnəsi ilə aparılıb və artıq sabah, martın 10-da rəsmi məzənnənin də ən azı bu səviyyədə müəyyənləşdiriləcəyi gözlənilir.

***

ARDNF-dən "Report"a bildirilib ki, bugünkü hərracda alıcı qismində 24 kommersiya bankı iştirak edib və ümumilikdə bu banklar 50 mln. dollar alıb.

Son xəbərlər

Orphus sistemi