Bugünkü hərraca daha 100 mln. dollar çıxarılıb

Bugünkü hərraca daha 100 mln. dollar çıxarılıb "Report": Məzənnənin azalması ehtimal edilir
Maliyyə
11 Aprel , 2016 10:32
Bugünkü hərraca daha 100 mln. dollar çıxarılıb

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) bugünkü valyuta hərracında yenidən valyuta satışı həyata keçiriləcək. "Report" xəbər verir ki, hərraca Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 100 mln. dolları satacağı planlaşdırılır.

"Report"un analitik qrupu hesab edir ki, bugünkü hərracda tələbin azalması mümkündür. Belə olacağı halda, rəsmi məzənnənin 1,5231 AZN/USD səviyyəsinə kimi azalması ehtimal edilir. Nağd valyuta bazarında isə valyuta satışının artması alış-satış məzənnəsinin aşağı enməsi ilə nəticələnə bilər.

"Lakin satışa çıxarılan valyuta kütləsi tam həcmdə satılarsa, rəsmi məzənnə bir qədər artaraq 1,5307 AZN/USD-yə çatacaq. Bunun ehtimalı isə çox azdır", - deyə analitiklər qeyd ediblər.

Agentliyin ekspertləri bildiriblər ki, ümumiyyətlə, nağd dolların alış-satış məzənnəsində neft qiymətlərinin artması fonunda azalma tendensiyası müşahidə olunur və yay aylarına doğru dollar təklifinin artması ilə dolların məzənnəsinin 1,40 AZN/USD səviyyələrinə qədər enməsi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi