Bugünki valyuta hərracında təklif tələbatı 5 dəfədən çox üstələyib

Bugünki valyuta hərracında təklif tələbatı 5 dəfədən çox üstələyib Artıq qalan valyuta kütləsi iqtisadi aktivliyin yüksəldiyi aylarda hərraca çıxarıla bilər
Maliyyə
9 Fevral , 2017 17:10
Bugünki valyuta hərracında təklif tələbatı 5 dəfədən çox üstələyib

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə bu gün, fevralın 9-da təşkil etdiyi valyuta hərracına çıxarılan 35 mln. ABŞ dolları tam həcmdə satılmayıb. 

"Report"un bank dairələrindən aldığı məlumata əsasən, hərracda təxminən 6,5 mln. dollara yaxın və ya satışa çıxarılan ümumi vəsaitin 19%-i satılıb. Bundan əvvəlki hərracda, fevralın 7-də təxminən 12 mln. dollar (34%), daha əvvəlki, yəni fevralın 2-də keçirilən hərracda isə 24 mln. dollar (69%) realizə olunub.

"Report"un analitik qrupu bildirir ki, hərraclarda satılmayan vəsait il ərzində keçiriləcək növbəti hərraclarda, dollara tələbin daha yüksək olduğu aylarda cari məbləğə (35 mln. dollar) əlavə edilərək satışa çıxarıla bilər. Bu da dolların məzənnəsində sabitliyə nail olunmasına gətirib çıxaracaq. 

Qeyd edək ki, ARDNF-in bu il valyuta hərraclarına 6,1 mlrd. manat və ya 1,75 AZN/USD məzənnəsi proqnozu diqqətə alınaraq 3,5 mlrd. dollar vəsait çıxaracağı bildirilir. Analitik qrupun hesablamalarına görə, bu, hər hərracda 35 mln. dollara yaxın vəsaitin satışa çıxarılması deməkdir ki, hazırda hərraca da məhz bu qədər valyuta çıxarılır.

Son xəbərlər

Orphus sistemi