Yuxarı

Büdcədən Statistika Komitəsinə ayrılan vəsaitlərin icrası yoxlanılıb

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib

Bakı. 21 oktyabr.REPORT.AZ/ Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib. 

"Report"un Hesabalama Palatasına istinadən verdiyi xəbərə görə, kollegiya iclasında dövlət büdcəsindən Statistika Komitəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Neftçala Suvarma Sistemləri İdarəsinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.

Dövlət büdcəsinin yerli xərclərindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair müzakirələr aparılıb. 

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında həmçinin İş planı ilə Naxçıvan MR üzrə nəzərdə tutulmuş bir nəzarət tədbirinə dair Audit proqramı təsdiq edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi