Yuxarı
    Bağlamaq

    Büdcədən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə ayrılan vəsaitin icra vəziyyəti yoxlanılıb

    Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib
    © Report

    Bakı. 6 oktyabr. REPORT.AZ/ Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. İclasda dövlət büdcəsindən Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fonduna və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırlması və icrasına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

    “Report” bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

    Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə Milli Məclisinə təqdim olunması qərara alınıb.

    İclasda həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin bir neçə nəzarət tədbiri üzrə proqramlar təsdiq olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi