Azərbaycan dövlət büdcəsinin profisiti illik 13% azalıb

Azərbaycan dövlət büdcəsinin profisiti illik 13% azalıb Büdcənin icrasında gəlirlər üzrə 3%, xərclər üzrə isə 1% azalma qeydə alınıb
Maliyyə
16 Dekabr , 2014 11:16
Azərbaycan dövlət büdcəsinin profisiti illik 13% azalıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan dövlət büdcəsinin gəlirləri 2014-cü ilin yanvar-oktyabr aylarında 15,8 mlrd. manat, xərcləri isə 13,9 mlrd. manat olub.

“Report”un Dövlət Statistika Komitəsinin aylıq hesabatına əsasən, büdcənin icrasında 1,9 mlrd. manat həcmində yaranmış profisit ÜDM-in 3,9%-ni təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinin icrasında yaranmış profisitdə 13,0% azalma müşahidə edilib. Azalma gəlirlər üzrə 2,8%, xərclər üzrə isə 1,1% təşkil edib.

Cari ildə daxilolmaların 15,9%-i ƏDV, 13,6%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,0%-i fiziki şəxslərin gəlir vergisi, 4,4%-i aksizlər, 3,8%-i xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 2,6%-i digər vergilər, 54,7%-i isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 5,8 mlrd. manatı (42,0%-i) iqtisadiyyatın inkişaf etdirilməsinə, 1,6 mlrd. manatı (11,7%-i) əhalinin sosial müdafiəsi və sosial təminatına, 1,1 mlrd. manatı (7,7%-i) təhsilin, 501,8 mln. manatı (3,6%-i) isə səhiyyənin maliyyələşdirilməsinə xərclənib.

Son xəbərlər

Orphus sistemi