Ötən il dövlət büdcəsi kəsirinin 33%-i dövlət əmlakının özəlləşdirilməsi hesabatına ödənilib

Ötən il dövlət büdcəsi kəsirinin 33%-i dövlət əmlakının özəlləşdirilməsi hesabatına ödənilib Bakı. 17 yanvar. REPORT.AZ/ 2018-ci il dövlət büdcəsinin kəsiri 307,6 mln. manat və yaxud təsdiq olunmuş yuxarı həddən 643,4 mln. manat az olub.
Maliyyə
17 Yanvar , 2019 15:11
Ötən il dövlət büdcəsi kəsirinin 33%-i dövlət əmlakının özəlləşdirilməsi hesabatına ödənilib

Bakı. 17 yanvar. REPORT.AZ/ 2018-ci il dövlət büdcəsinin kəsiri 307,6 mln. manat və yaxud təsdiq olunmuş yuxarı həddən 643,4 mln. manat az olub.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Kəsirin maliyyələşdirilməsinin 222,6 mln. manatı dövlət istiqraz vərəqələrinin satışından və 101,2 mln. manatı özəlləşdirməsindən daxil olan vəsaitlər hesabına həyata keçirilib.

2018-ci il üzrə dövlət büdcəsinin mədaxili 22 149,0 mln. manat proqnoza qarşı 22 411,3 mln. manat və yaxud 101,2% icra olunub.

Vergilər Nazirliyi xətti ilə daxilomalar 7 417,6 mln. manat və yaxud proqnoz 100,5% icra olunub.

Həmin vəsaitin 67,1%-i və yaxud 4 975,5 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2018-ci il üzrə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3 434,4 mln. manat vəsait daxil olmuş və proqnoz 107,6% icra olunub.

Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə 10 959,0 mln. manat vəsait transfert edilib.

2018-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 466,4 mln. manat, sair daxilolmalardan 134,3 mln. manat vəsait dövlət büdcəsinə daxil olub. 2018-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 6320,7 mln. manat icra olunub.

2018-ci ildə dövlət büdcəsinin xərcləri 98,4% və yaxud 22 718,4 mln. manat icra edilib. 

2018-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 7 052,9 mln. manat icra olunub.

2018-ci il ərzində dövlət büdcəsi xərclərinin 11 549,8 mln. manatı və yaxud 50,8%-i cari xərclərə, 8 941,9 mln. manatı və yaxud 39,4%-i əsaslı xərclərə, 2 227,2 mln. manatı və yaxud 9,8%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Dövlət büdcəsi xərclərinin 31,7%-i və yaxud 7 196,6 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2017-ci illə müqayisədə 505,9 mln. manat və yaxud 7,6% çoxdur.

2018-ci ilin icmal büdcəsinin gəlirləri 31 034,7 mln. manat, xərcləri isə 26 334,4 mln. manat icra olunub. 2018-ci ilin icmal büdcədə 4 700,3 mln. manat büdcə artıqlığı (profisit) yaranıb. 

Son xəbərlər

Orphus sistemi