​Budapeşt Azərbaycan və Macarıstan arasında biznes əlaqələrinin inkişafına 200 mln. dollar ayıracaq

​Budapeşt Azərbaycan və Macarıstan arasında biznes əlaqələrinin inkişafına 200 mln. dollar ayıracaq Peter Siyarto: "Azərbaycan bizim strateji tərəfdaşımızdır"
Maliyyə
6 Mart , 2016 12:32
​Budapeşt Azərbaycan və Macarıstan arasında biznes əlaqələrinin inkişafına 200 mln. dollar ayıracaq

Bakı. 6 mart. REPORT.AZ/ "2015-ci il xüsusi il oldu. Biz çağırışlarla üzləşdik və onların öhdəsindən gəlmək üçün bizə proqnozlaşdırıla bilən dost lazımdır. Azərbaycan bizim üçün məhz belə bir tərəfdaşdır və onunla bizim dostluq və strateji münasibətlərimiz var".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Macarıstan biznes forumunda Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.

O qeyd edib ki, biznes forumda Macarıstanın 44 şirkətini təmsil edən 49 iş adamı iştirak edir. Nazirin sözlərinə görə, Azərbaycan-Macarıstan münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq lazımdır:

"Biz təkcə ticarətlə məşğul ola bilmərik. Kommunikasiya və xidmət sahələrində də münasibətləri gücləndirmək lazımdır. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin səyləri sayəsində macar şirkətləri infrastruktur layihələrində iştirak edir. Bundan əlavə, biz artıq kənd təsərrüfatı, İKT və s. kimi sahələrdə əməkdaşlıq edirik. Bizimlə Bakıya azərbaycanlı tərəfdaşları ilə öz təcrübələrini bölüşməyə hazır olan iş adamlarının nümayəndələri gəliblər".

P.Siyarto, həmçinin bildirib ki, "Exim Bank" iki ölkənin iş adamları arasında biznes əlaqələrinin inkişafına 200 mln. dollar ayıracaq.

Son xəbərlər

Orphus sistemi