Yuxarı

​Bu il Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 7% azalıb

Hesabat dövründə Azərbaycanda 37,1 minə yaxın vergi ödəyicisi qeydiyyata alınıb

Bakı. 12 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 204 972,7 min manat vəsait daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 163,027 mln. manat və ya 6,9% azdır.

Nazirliyin Analitik-informasiya şöbəsindən "Report"a verilən məlumata görə, müvafiq proqnoz tapşırığına 104,8% əməl edilib.

Hesabat dövründə 37 080 vergi ödəyicisi qeydiyyata alınıb.

Xatırladaq ki, ötən ilin ilk 4 ayı ərzində 2 368,0 mln. manatlıq vergi daxilomaları qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi