Cari ilin III rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,3%, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 1,1% bahalaşıb, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 0,7% ucuzlaşıb.
Yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4%, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər isə 0,2% bahalaşıb.
Sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlərdə 1,2% bahalaşma müşahidə olunub.
İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,7% ucuzlaşıb.
Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,9% bahalaşmış, körpü tikintisi üzrə qiymətlər isə 0,2% ucuzlaşıb.