Bu ilin I rübündə Azərbaycanın kredit təşkilatlarına məxsus 317 mln. manatlıq yeni səhmin qeydiyyatı aparılıb

Bu ilin I rübündə Azərbaycanın kredit təşkilatlarına məxsus 317 mln. manatlıq yeni səhmin qeydiyyatı aparılıb Bakı. 24 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Maliyyə Bazarlarına Nəzarət Palatası kredit təşkilatlarına aid 4 ədəd, 317 mln. manatlıq, digər təşkilatlara aid 8 ədəd 135,3 mln. manatlıq, sığorta təşkilatlarına aid isə 1 ədəd 4,6 mln. manatlıq səhm emissiyasını dövlət qeydiyyatına alıb.
Maliyyə
24 Aprel , 2018 17:46
Bu ilin I rübündə Azərbaycanın kredit təşkilatlarına məxsus 317 mln. manatlıq yeni səhmin qeydiyyatı aparılıb

Bakı. 24 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Maliyyə Bazarlarına Nəzarət Palatası kredit təşkilatlarına aid 4 ədəd, 317 mln. manatlıq, digər təşkilatlara aid 8 ədəd 135,3 mln. manatlıq, sığorta təşkilatlarına aid isə 1 ədəd 4,6 mln. manatlıq səhm emissiyasını dövlət qeydiyyatına alıb.

“Report” bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə həmçinin kredit təşkilatlarının 6 ədəd 1 mln. manatlıq, digər təşkilatların isə 2 ədəd 13 mln. manatlıq istiqraz emissiyaları qeydiyyata alınıb. 

Son xəbərlər

Orphus sistemi