Yuxarı

Bu ilin ən zəif iqtisadiyyatları açıqlanıb

Azərbaycanda ÜDM artımı 2,4% olacaq

Bakı. 11 yanvar. REPORT.AZ/ "Bloomberg" agentliyi iqtisadçıların rəyləri əsasında 93 ölkənin 2016-cı il üçün iqtisadi effektivlik potensialı ilə bağlı renkinq hazırlayıb.

"Report" Agentliyə istinadən xəbər verir ki, Azərbaycan ümumi siyahıda 54-cü sıradadır və bu il iqtisadi artım 2,4% səviyyəsində proqnozlaşdırılır. Bu göstərici Azərbaycanla yanaşı, Macarıstan və Lüksemburqda da proqnozlaşdırılır.

Siyahıda ilk onluq isə belədir: Hindistan (7,4%), Vyetnam (6,6%), Banqladeş (6,6%), Çin (6,5%), Şri-lanka (6,4%), Keniya (6,1%), Panama (6,1%), Filippin (6%), Uqanda (5,6%), Dominikan Respublikası (5,4%).

İqtisadçıların proqnozuna görə, beş ölkədə ÜDM-in dinamikası mənfi olacaq. Bu, Rusiya (-0,5%), Ekvador (-0,5%), Yunanıstan (-1,8%), Braziliya (-2,5%) və Venesueladır (-3,3%).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi