​Bu ilin birinci rübündə Vergilər Nazirliyinə 1400-dən çox şikayət daxil olub

​Bu ilin birinci rübündə Vergilər Nazirliyinə 1400-dən çox şikayət daxil olub Bütün müraciətlərə vaxtında baxılıb, onların 75,0%-i müsbət həll olunub
Maliyyə
28 İyul , 2016 13:33
​Bu ilin birinci rübündə Vergilər Nazirliyinə 1400-dən çox şikayət daxil olub

Bakı. 28 iyul. REPORT.AZ/ Bu ilin 1-ci yarımilliyində vergi orqanlarına 48 653 müraciət daxil olub. “Report”un Nazirliyin analitik-informasiya şöbəsinə istinadən verdiyi xəbərə görə, onlardan 96,9%-i ərizə, 2,9%-i şikayət, 0,2%-i təklifdir.

Müraciətlərin 50,7%-i müxtəlif arayışların alınması, 20,8%-i kameral vergi yoxlamaları, 7,6%-i vergi borcları, 1,9%-i səyyar vergi yoxlamaları, 1,9%-i vergidən yayınma və dividendlərin verilməsi, 0,3%-i operativ vergi nəzarəti tədbirləri, 0,4%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,1%-i korrupsiya hüquqpozmaları, 13,5%-i digər məsələlərlə bağlıdır.

Bütün müraciətlərə vaxtında baxılıb, onların 75,0%-i müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,1% azalıb.

Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 2216 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu qrafikinə əsasən vergilər naziri tərəfindən fevral ayının 25-də Oğuz, aprel ayının 29-da Neftçala, may ayının 20-də Yardımlı, iyun ayının 17-də Qusar şəhərində vətəndaşların səyyar qəbulları keçirilib, bu qəbullarda ümumilikdə 123 nəfər vətəndaş qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi