​Bu ilin 9 ayı ərzində nəqliyyat işçilərinin maaşları 1,7% artıb

​Bu ilin 9 ayı ərzində nəqliyyat işçilərinin maaşları 1,7% artıb İşçilərin 51,2%-i yerüstü və boru kəməri müəssisələrdə işləyib
Maliyyə
8 Noyabr , 2014 13:05
​Bu ilin 9 ayı ərzində nəqliyyat işçilərinin maaşları 1,7% artıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Cari ilin doqquz ayında nəqliyyat müəssisələrində işləyən 74,5 min muzdlu işçinin 72,2%-i dövlət müəssisələrində, 27,8%-i özəl bölmədə çalışıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

İşçilərin 51,2%-i yerüstü və boru kəməri, 12,3%-i su, 16,1%-i hava nəqliyyatı, 20,4%-i isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.

Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 1,7% artaraq 538,9 manat olub. Bu göstərici hava nəqliyyatında 786,2 manat, dəniz nəqliyyatında 736,8 manat, metro nəqliyyatında 587,2 manat, avtomobil nəqliyyatında 530,7 manat, dəmir yolu nəqliyyatında isə 254,9 manat təşkil edib. Əmək haqqı metro nəqliyyatında 10,8%, avtomobil nəqliyyatında 6,8%, dəmir yolu nəqliyyatında 5,2%, dəniz nəqliyyatında isə 1,1% artıb.

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 27,1 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 10,2% artaraq 736,7 manat olub.

Son xəbərlər

Orphus sistemi