Bu ilin 9 ayında Azərbaycandan 2 mlrd. dollardan çox kapital çıxarılıb

Bu ilin 9 ayında Azərbaycandan 2 mlrd. dollardan çox kapital çıxarılıb Bakı. 17 dekabr. REPORT.AZ/ Bu ilin üç rübü ərzində Azərbaycandan çıxarılan kapitalın həcmi açıqlanıb.
Maliyyə
17 Dekabr , 2018 12:27
Bu ilin 9 ayında Azərbaycandan 2 mlrd. dollardan çox kapital çıxarılıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu ilin üç rübü ərzində Azərbaycandan çıxarılan kapitalın həcmi açıqlanıb.

"Report.az" Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin yanvar-sentyabr ayları üçün tədiyə balansına istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan kapitalın çıxarılmasının (repatriasiyasının) həcmi 2 mlrd. 103,5 mln. dollar olub.

Bu, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 16,8 mln. dollar və ya 0,8% çoxdur.

Qeyd edək ki, bu ilin I rübündə ölkədən kapitalın çıxarılmasının həcmi 603,4 mln. dollar, II rübdə 1 mlrd. 109,6 mln. dollar, III rübdə isə 390,5 mln. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi