Bu il sahibkarlara 170,4 mln. manat güzəştli kredit verilib

Bu il sahibkarlara 170,4 mln. manat güzəştli kredit verilib Tovuzda sahibkarlara güzəştli kreditlər verilib
Maliyyə
22 Oktyabr , 2015 19:39
Bu il sahibkarlara 170,4 mln. manat güzəştli kredit verilib

Bakı. 22 oktyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu çərçivəsində Tovuz və ətraf rayonlardan olan 63 sahibkara 4,5 mln. manat güzəştli kredit verilib.

"Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, verilmiş kreditlər əsasən taxılçılıq, heyvandarlıq, arıçılıq, üzümçülük, bağçılıq, tərəvəzçilik, ixtisaslaşdırılmış “yaşıl market”in tikintisi, süfrə suları və meyvə şirələri, tamet istehsalı sahələrinin inkişafına yönəldiləcək.

80-ə yaxın sahibkarın iştirak etdiyi forumda Tovuz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer təsərrüfatının, müasir heyvandarlıq kompleksinin, cins heyvandarlıq, kartofçuluq və yüksək məhsuldar kartof toxumçuluğu, istixana və intensiv üzümçülük təsərrüfatlarının, meyvəqurutma, şirniyyat məhsulları, plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Forum çərçivəsində Tovuz rayonunda güzəştli krediti ayrılmış logistik mərkəzə və üzümçülük təsərrüfatına baxış keçirilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2015-ci ilin ötən dövrü ərzində 4 500-ə yaxın sahibkara 170,4 mln. manat güzəştli kredit verilib. Onun sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10 500-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır.

Qeyd edilib ki, ümumilikdə indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5 640-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 210,3 mln. manatdan çox güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq kompleksinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, tikinti materialllarının istehsalı müəssisələrinin, istixana, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

Son xəbərlər

Orphus sistemi