Bu il Neft Fondu Maliyyə Nazirliyinin vəsaitlərinin idarə edilməsindən 6 mln. dollardan çox qazanıb

Bu il Neft Fondu Maliyyə Nazirliyinin vəsaitlərinin idarə edilməsindən 6 mln. dollardan çox qazanıb Bakı. 30 avqust. REPORT.AZ/ Bu il iyunun 30-u tarixinə Maliyyə Nazirliyinə məxsus sərbəst (qalıq) büdcə vəsaiti kimi Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) idarəedilməsində olan vəsaitin həcmi 782,1 mln. ABŞ dolları, o cümlədən Qəbələ Radiolokasiya Stansiyası üzrə 83,50 mln. dollar, Dövlət Zəmanəti ilə alınan borcların Təminat Fondu üzrə 153,0 mln. dollar təşkil edib.
Maliyyə
30 Avqust , 2018 15:55
Bu il Neft Fondu Maliyyə Nazirliyinin vəsaitlərinin idarə edilməsindən 6 mln. dollardan çox qazanıb
0 : 00
0 : 00

Bakı. 30 avqust. REPORT.AZ/ Bu il iyunun 30-u tarixinə Maliyyə Nazirliyinə məxsus sərbəst (qalıq) büdcə vəsaiti kimi Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) idarəedilməsində olan vəsaitin həcmi 782,1 mln. ABŞ dolları, o cümlədən Qəbələ Radiolokasiya Stansiyası üzrə 83,50 mln. dollar, Dövlət Zəmanəti ilə alınan borcların Təminat Fondu üzrə 153,0 mln. dollar təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının bu ilin I yarısı üzrə ARDNF-in büdcəsinin icrası ilə bağlı təhlilində qeyd edilib.

Bildirilib ki, bu vəsait və onun idarə edilməsindən əldə edilən gəlirlər Fondun vəsait qalığına daxil edilməyib. Hesabat dövrü ərzində Maliyyə Nazirliyinə məxsus vəsaitlərin idarə edilməsindən əldə edilən gəlir 6,27 mln. dollar olub.

Son xəbərlər

Orphus sistemi