Yuxarı

Bu il Naxçıvan iqtisadiyyatı 0,3% böyüyüb

​Bu il Naxçıvan iqtisadiyyatı 0,3% böyüyüb

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 352 mln. 560 min 600 manatlıq ümumi daxili məhsul istehsal olunub.

“Report”un Naxçıvan Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3% çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2% artaraq 772,7 manata çatıb.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 172 mln. 200 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1% çoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi