Bu il kriptovalyuta bazarının kapitallaşması 70% azalıb

Bu il kriptovalyuta bazarının kapitallaşması 70% azalıb Bakı. 14 avqust. REPORT.AZ/ Dünya üzrə kriptovalyuta bazarının kapitallaşması bu il ilk dəfə 200 mlrd. ABŞ dollarından aşağı düşüb.
Maliyyə
14 Avqust , 2018 16:33
Bu il kriptovalyuta bazarının kapitallaşması 70% azalıb

Bakı. 14 avqust. REPORT.AZ/ Dünya üzrə kriptovalyuta bazarının kapitallaşması bu il ilk dəfə 200 mlrd. ABŞ dollarından aşağı düşüb.

"Report" "CoinMarketCap"a istinadən xəbər verir ki, hazırda kapitallaşma göstəricisi 191 mlrd. dollar təşkil edir ki, bu da ilin əvvəlinə nisbətən 70% azdır. 

7 ay bundan əvvəl kapitallaşma göstəricisi 814 mlrd. dollar idi. 

Qeyd edək ki, dünyanın aparıcı kriptovalyutaları ucuzlaşmaqda davam edir. Məsələn, bitkoinin qiyməti ötən gün 7% azalaraq 6 min dollara, "Etherium"un qiyməti isə 18,2% azalaraq 261 dollara düşüb. 

Son xəbərlər

Orphus sistemi