Yuxarı

​Bu il kənd təsərrüfatı məhsullarının sığortası 2 dəfəyə qədər azalıb

Bu ilin birici rübündə avtomobillərin könüllü sığortasında yığım 9% azalıb

Bakı. 23 iyul. REPORT.AZ/ Bu ilin birici rübündə avtomobillərin könüllü sığortasında yığım 9%, ödəniş isə 8% azalıb. "Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən verdiyi xəbərə görə, 2015-ci ilin 1-ci yarısında sığorta növləri arasında ən ciddi artım kreditlərin sığortasında qeydə alınıb.

Məlumata əsasən, bu növ sığortadan toplanan sığorta haqqı 28,9 dəfə artaraq 436,9 min manat təşkil edib. Bundan başqa, su nəqliyyat vasitələrinin sığortasında yığım 6,8 dəfə artaraq 2 milyon manat, kənd təsərrüfatı heyvanlarının sığortasında isə 6,6 dəfə artaraq 1,2 milyon manat olub.

Sığorta haqlarının məbləği həyatın yaşam sığortasında 27,7% artaraq 37,1 milyon manat, sağalmaz xəstəliklərdən sığortada 90,5% artaraq 162,2 min manat, fərdi qəza və xəstəlik sığortasında 6,1% artaraq 5,3 milyon manat, səfər sığortasında 6,7% artaraq 971,9 min manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında 46,1% azalaraq 742 min manat olub.

Bundan başqa qeyd edilən dövrdə istehsalatda bədbəxt hadisələrdən sığortada 11,2% artaraq 21 milyon manat, daşınmaz əmlakın icbari sığortasında 2,1 dəfə artaraq 18,2 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 6% artaraq 235,6 min manat, avtomobillərin icbari sığortasında isə 19,8% artaraq 36,1 milyon manat manat təşkil edib.

Yarım il ərzində sığorta növləri arasında ən ciddi azalma isə kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında qeydə alındığı açıqlanıb. Bu növ sığortadan toplanan sığorta haqqı 40% azalaraq 204,2 min manata düşüb. Bundan başqa, yüklərin sığortasında yığım 15,2% azalaraq 6,1 milyon manat, auditorların peşə məsuliyyətinin sığortasında isə yığım 14,3% azalaraq 4139 manat olub.

Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 5,2% azalaraq 7,6 milyon manat, tibbi sığortada 1,6% azalaraq 42 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortasında 2% azalaraq 16,6 milyon manat, avtomobillərin könüllü sığortasında 8,9% azalaraq 15,7 milyon manat, sərnişinlərin icbari fərdi qəza sığortasında isə 2,5% azalaraq 81,6 min təşkil edib.

Bu ilin yanvar-iyun aylarında sığorta ödənişlərinin ən ciddi artımı isə kreditlərin sığortasında qeydə alındığı deyilir. Bu növ sığortada ödənişlər 34,8 dəfə artaraq 95,8 min manat təşkil edib. Bundan başqa, həyatın yaşam sığortasında 14,3 dəfə artaraq 27,7 milyon manat, həyatın ölüm halından sığortasında isə 4,3 dəfə artaraq 1,8 milyon manat olub.

Sığorta ödənişlərinin məbləği tibbi sığortada 5,8% artaraq 23,3 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 0,7% artaraq 1,1 milyon manat, avtomobillərin icbari sığortasında isə 16% artaraq 15,4 milyon manat təşkil edib.

Cari ilin 6 ayı ərzində sığorta ödənişlərinin ən çox azalması sağalmaz xəstəliklərdən sığortada qeydə alınıb. Bu növ sığorta üzrə ödəniş 100% azalıb. Bundan başqa, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında ödəniş 80,9% azalaraq 2 min manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 70,2% azalaraq 97,2 min manat olub.

Sığorta ödənişlərinin məbləği fərdi qəza və xəstəlik sığortasında ödəniş 2,8% azalaraq 584 min manat, səfər sığortasında 8,4% azalaraq 96,7 min manat, əmlakın yanğından və digər risklərdən sığortasında 33,4% azalaraq 3,9 milyon manat, kasko sığortasında 8% azalaraq 12,2 milyon manat, daşınmaz əmlakın icbari sığortasında isə 54,7% azalaraq 455,5 min manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi