Bu il Gürcüstanın dövlət borcu ÜDM-in 58%-ni təşkil edəcək

Bu il Gürcüstanın dövlət borcu ÜDM-in 58%-ni təşkil edəcək 2020-ci ildə Gürcüstanın dövlət borcunun ümumi daxili məhsuldakı (ÜDM) payı 58% təşkil edəcək.
Maliyyə
2 İyun , 2020 11:28
Bu il Gürcüstanın dövlət borcu ÜDM-in 58%-ni təşkil edəcək

2020-ci ildə Gürcüstanın dövlət borcunun ümumi daxili məhsuldakı (ÜDM) payı 58% təşkil edəcək. 

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə hökumətin makroiqtisadi proqnozunda bildirilir.

Məlumata görə, bu payın 46,2%-i xarici, 11,8%-i isə daxili borcun payına düşəcək.

2021-2024-cü illərdə dövlət borcunun davamlı azaldılması və onun ÜDM-dəki payının 54,5%-ə endirilməsi planlaşdırılır.

Proqnozda həmçinin bildirilib ki, koronavirus (COVID-19) pandemiyasına görə bu il qonşu ölkənin ÜDM-inin 4% azalacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi