Bu il Azərbaycanda 21 maliyyə müəssisəsinin lisenziyası ləğv olunub

Bu il Azərbaycanda 21 maliyyə müəssisəsinin lisenziyası ləğv olunub Bakı. 18 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda maliyyə fəaliyyəti ilə bağlı 59 yeni müəssisə və təşkilat yaradılıb, 21-nin isə lisenziyası ləğv edilib.
Maliyyə
18 İyul , 2018 17:40
Bu il Azərbaycanda 21 maliyyə müəssisəsinin lisenziyası ləğv olunub
0 : 00
0 : 00

Bakı. 18 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda maliyyə fəaliyyəti ilə bağlı 59 yeni müəssisə və təşkilat yaradılıb, 21-nin isə lisenziyası ləğv edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Beləliklə, iyulun 1-nə ölkədə maliyyə və sığorta fəaliyyəti ilə əlaqədar 1 674 müəssisə və təşkilat mövcud olub. Bu da illik müqayisədə 4,6% çoxdur. Həmin qurumların 1 609-u kommersiya məqsədlidir. 

İlin əvvəlinə nisbətən isə maliyyə müəssisə və təşkilatlarının sayında 2,4% artım qeydə alınıb. 

Qeyd edək ki, hesabat tarixinə Azərbaycanda müəssisə və təşkilatların sayı 124 178 olub.

Son xəbərlər

Orphus sistemi