Bu il Azərbaycana 13 mlrd. manata yaxın sərmayə yatırılıb

Bu il Azərbaycana 13 mlrd. manata yaxın sərmayə yatırılıb Ölkədə inflyasiya 3,5% olub, əhalinin pul gəlirləri isə 6% artıb
Maliyyə
13 İyul , 2015 17:23
Bu il Azərbaycana 13 mlrd. manata yaxın sərmayə yatırılıb

Bakı. 13 iyul. REPORT.AZ/ Cari ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatı 5,7%, qeyri-neft sektoru isə 9,2% artıb. Sənaye istehsalının həcmi təxminən 4%, qeyri-neft sənayesi isə 14%-dən çox genişlənib. "Report" xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Prezident İ.Əliyev qeyd edib ki, hesabat dövründə ölkədə illik inflyasiya 3,5%, əhalinin pul gəlirləri 6,2% olub. Eyni zamanda, kənd təsərrüfatında 7,3% artım qeydə alınıb. Son 6 ayda ölkəyə 12,7 mlrd. manat sərmayə qoyulub.

Son xəbərlər

Orphus sistemi