Bu il Azərbaycan əhalisinin gəlirləri 6%-dən çox artıb

Bu il Azərbaycan əhalisinin gəlirləri 6%-dən çox artıb Adambaşı gəlirlərin artım tempi inflyasiyanı 1,4 faiz bəndi üstələyib
Maliyyə
13 Avqust , 2015 11:43
Bu il Azərbaycan əhalisinin gəlirləri 6%-dən çox artıb

Bakı. 13 avqust. REPORT.AZ/ Cari ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4% artaraq 23,6 mlrd. manata çatıb. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, gəlirlərin hər nəfərə düşən həcmi orta hesabla 2 484,1 manat və ya ayda 354,9 manat təşkil edib.

Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,4 faiz bəndi üstələyərək 5,1% olub.

Bu dövr ərzində gəlirlərin 74,1%-i son istehlak xərcləri, 9,3%-i vergilər, sosial sığorta və üzvlük haqları, 2,6%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 14,0%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 21,4 mlrd. manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 6,5% artıb.

Son xəbərlər

Orphus sistemi